Gürcüstan vətəndaşını “tok” vurdu

gurcustan-vetendasini-tok-vurdu
Oxunma sayı: 717

Gürcüstan vətəndaşını Tovuzda elektrik cərəyanı vurub.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.
 
Kəndin ərazisindən keçən qaz borularının çəkilişi zamanı tikintidə işləyən Gürcüstan respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Qelaşvili Zaurini elektrik cərəyanı vurub.
 
O rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Z.Qelaşviliyə tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.