Qaxda evdən kişi meyiti tapılıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün Qax şəhər ərazisində baş verib.
Belə ki, Gürcüstan vətəndaşı 1952-ci il təvəllüdlü Celiqadze Zurabın meyiti kirayə qaldığı evdə aşkar edilib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Müayinə zamanı Z.Celiqadzenin ürək tutmasından öldüyü məlum olub.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər