Gürcüstan vətəndaşları Bakıda həbs edildi

gurcustan-vetendaslari-bakida-hebs-edildi
Oxunma sayı: 842


Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, Naxçıvanski küçəsi 38-də yerləşən bazarda Bakı şəhər sakinləri – Mərdan Qənbərovun cibindən 52 manat, saat 11:30 radələrində Əlif Orucovun cibindən 242 manat pulunu cibgirlik yolu oğurlanıb.

Yanvarın 11-də 11:00 radələrində hadisəni törətməkdə şübhəli bilinənlər, Gürcüstan vətəndaşları 1977-ci il təvəllüdlü Goqolodze Georqia Merlakoviç, 1981-ci il təvəlüdlü Geduadze Guram Giorgeviç, Eristavi David Meraboviç və 1980-ci il təvəllüdlü Kereselidze Mindia Nudaroviç tutulub. 

Şübhəli şəxslərin üzərinə baxış zamanı G.Goqolodzedən 2,035 qram, G.Gequhadzedən 1,942 qram, D.Eristavidən 1,919 qram və M.Kereselidzedən 2,310 qram tiryək aşkar olunaraq götürülüb. 

Murad Əhməd