Gürcüstana 21 mindən çox dərslik və metodik vəsait göndərilib

Gürcüstana 21 mindən çox dərslik və metodik vəsait göndərilib
Oxunma sayı: 439

Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21 613 ədəd dərslik və metodik vəsait göndərilib.

Bu barədə “Qafqazinfo”ya Təhsil nazirliyindən məlumat daxil olub. Sözügedən dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Qeyd olunur ki, son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94 762 ədəd dərslik və metodik vəsait göndərilib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi