“Gürcüstana “3+3” formatının qapısı açıqdır” - Boçarnikov

gurcustana-33-formatinin-qapisi-aciqdir
Oxunma sayı: 858

“Rusiya Cənubi Qafqazda “3+3” platforması çərçivəsində əməkdaşlığın inkişafında maraqlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov yanvarın 26-da jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

O deyib: “İnanırıq ki, “3+3” platforması etimad quruculuğu tədbirləri, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə apara bilər”.

Səfir vurğulayıb ki, Gürcüstanın “3+3” formatında keçirilən görüşdə iştirakı çətin olsa da, onlar üçün qapı hər zaman açıqdır. “Hesab edirəm ki, Gürcüstan bu formatın faydalılığını qiymətləndirərək, “3+3” formatına qoşulacaq. Növbəti görüş təyin olunub”, - deyə rusiyalı diplomat bildirib.

Xatırladaq ki, 2021-ci ilin dekabrın 10-da Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan “3+3” formatında qapalı görüş keçirilib.