Gürcüstana gələn 10 yaşadək uşaqlardan test tələb olunmayacaq

gurcustana-gelen-10-yasadek-usaqlardan-test-teleb-olunmayacaq
Oxunma sayı: 1022

Gürcüstan ərazisinə başqa bir ölkədən daxil olan on yaşınadək uşaqlardan vətəndaşlıqlarından asılı olmayaraq PCR test nəticəsi tələb olunmayacaq.

“Qafqazinfo” “Sputnik Gürcüstan” a istinadən xəbər verir ki, bu, hökumətin “İzolasiya və karantin qaydalarının təsdiq edilməsi haqqında” qərarında bildirilib.

Koronavirus pandemiyası səbəbindən bir illik fasilədən sonra Gürcüstan bu il fevralın 1-dən etibarən müntəzəm beynəlxalq uçuşlarını bərpa edib. Quru sərhədləri isə 1 iyun tarixində açılıb.

“Xaricdən gələn (vətəndaşlıqdan asılı olmayaraq) 10 yaşınadək hər hansı bir şəxs 3 gün öncədən edilmiş PCR testi nəticəsi təqdim etmək və ya PCR testindən keçmək tələbindən azaddır”, - deyə sənəddə qeyd olunub.

Qərar iyunun 16-da qüvvəyə minib.