Gürcüstana qaçan rusların sayı 45% artdı

gurcustana-qacan-ruslarin-sayi-45-artdi
Oxunma sayı: 2255

Rusiyada səfərbərlik elan olunduqdan sonra Gürcüstana gedən rusların sayı anidən artıb.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri son bir həftə ərzində Gürcüstana daxil olan Rusiya vətəndaşlarının 40-45% artdığı bildirib.

Kazbeki sərhəd keçid məntəqəsindən hər gün minlərlə gənc və orta yaşlı şəxslərin gəldiyi bildirilir. Təkcə 23-27 sentyabr tarixlərində 78 min 742 Gürcüstana daxil olub.

Müxalifət partiyalarının nümayəndələri isə Gürcüstan torpaqlarının Rusiya tərəfindən işğal olunduğunu bildirərək rusların ölkəyə girişinə qadağa qoymaqla bağlı çağırış edib.