Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı artıb

gurcustana-sefer-eden-azerbaycanli-turistlerin-sayi-artib
Oxunma sayı: 1033

2018-ci ilin yanvarında Gürcüstana gələn azərbaycanlı turistlərin sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,8 faiz artıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze deyib.

O bildirib ki, Gürcüstana daha çox Azərbaycan vətəndaşları səfər edir.

Ümumilikdə, bu ilin yanvar ayında Gürcüstana 444,2 min əcnəbi gəlib. Bir il ərzində bu göstərici 14,8 faiz artıb.