“Gürcüstana səfir təyinatı son mərhələdədir”

gurcustana-sefir-teyinati-son-merhelededir
Oxunma sayı: 1748

Ukrayna hakimiyyəti Gürcüstana yeni səfirin seçilməsi prosesinin son mərhələsindədir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Ukraynanın Gürcüstana səfirinin təyinatı son mərhələdədir. O, Gürcüstana gedəndə bu, artıq siyasi məqam məsələsidir. Səfirin olması və ya olmaması həmişə siyasi siqnaldır”, - Kuleba qeyd edib.

Nazir vurğulayıb ki, hazırda Kiyevlə Tbilisi arasında qarşılıqlı əlaqəni müsbət adlandırmaq olmaz. O, həmçinin əlavə edib ki, problemlər digər məsələlərlə yanaşı, Ukrayna vətəndaşlığı olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti və respublika rəhbərliyinin Rusiyaya münasibəti ilə bağlıdır.