Gürcüstana səyahət edən sərnişinlərin nəzərinə!

gurcustana-seyahet-eden-sernisinlerin-nezerine
Oxunma sayı: 3044

İyunun 1-dən xarici vətəndaşlar Gürcüstan ərazisinə yalnız səyahət sığortası ilə giriş edə biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) məlumat yayıb. 

Bildirilib ki, əgər Gürcüstanda nəzərdə tutduğunuz müddətdən artıq qalırsınızsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən sığorta ala bilərsiniz.