Gürcüstanda 12 yaşlı uşaqda koronavirus aşkarlandı

gurcustanda-12-yasli-usaqda-koronavirus-askarlandi
Oxunma sayı: 1490

Gürcüstanda 12 yaşlı uşaqda koronavirus aşkar edilib, yeniyetmənin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya bildirib.

Virusun yeniyetməyə İtaliyadan qayıdan xalasından keçdiyi bildirilir. 12 yaşlı uşaqda xəstəlik böyüklərə nisbətən daha yüngül formada davam edir.

Qeyd edək ki, martın 11-nə olan məlumata görə, Gürcüstanda cəmi 23 nəfərdə koronavirus aşkarlanıb.