Gürcüstanda 158 nəfərin H1N1 virusuna (donuz qripi) yoluxması aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze açıqlama verib. Onun sözlərinə görə, yaranmış vəziyyət fonunda Gürcüstan Səhiyyə Nazirliyi paytaxt Tbilisidə beş ilkin tibbi yardım müəssisəsinin fövqəladə iş rejiminə keçməsi ilə bağlı qərar qəbul edib.
Son rəqəmlərə görə, ölkə əhalisinin hər 100 minindən 256-sı qrip virusuna yoluxub.
Son xəbərlər
Son Xəbərlər