Gürcüstanda 188 nəfər koronavirusa yoluxub

gurcustanda-188-nefer-koronavirusa-yoluxub
Oxunma sayı: 884

Gürcüstanda koronavirusa yoluxanların sayı 188-ə çatıb.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, ölkədə 2 nəfər COVİD-19-a yoluxma nəticəsində vəfat edib.

Hazırda 5,056 nəfər karantində saxlanılır, 386 nəfər isə həkim nəzarəti altındadır. 36 nəfər xəstəlikdən sağalıb. 

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Gürcüstanda martın 31-dən etibarən ölkə daxilində ümumi karantin rejimi elan edilib.