Gürcüstanda 2 nəfər koronavirusa yoluxdu

gurcustanda-2-nefer-koronavirusa-yoluxdu
Oxunma sayı: 1633

Gürcüstanda son sutka ərzində daha 2 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 179-a yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.

Bundan əlavə, indiyədək 959 nəfər sağalıb. Ölkədə 203 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.