Gürcüstanda 2100-dən çox insan qızılcaya yoluxub

gurcustanda-2100-den-cox-insan-qizilcaya-yoluxub
Oxunma sayı: 704

Bu il Gürcüstanda 2100-dən çox qızılca xəstəliyinə yoluxma faktı qeydə alınıb.

"Qafqazinfo" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

O deyib ki, cari ildə qızılcadan 1 ölüm hadisəsi baş verib: “Gürcüstanda qızılca əleyhinə kifayət qədər peyvənd var və bu xəstəliyin qarşısını yalnız peyvəndlənmə yolu ilə almaq olar”.

P.İmnadze ölkədə qrip virusu ilə bağlı hazırkı vəziyyətə də toxunub. O bildirib ki, ötən ilin dekabr ayı ilə müqayisədə qripə yoluxma halları 2,5 dəfə azalıb.

Mərkəz rəhbəri qeyd edib ki, qrip virusunun yayılması aprelin ikinci yarısına qədər davam edəcək.