Gürcüstanda 227 nəfər koronavirusa yoluxub

gurcustanda-227-nefer-koronavirusa-yoluxub
Oxunma sayı: 941

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 9 nəfər artaraq 227-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

İnternet portalın verdiyi məlumata görə, bu günə qədər 52 nəfər xəstəlikdən sağalıb, 3 nəfər isə həyatını itirib.

Həmçinin 4,829 nəfərin karantinə alındığı, 410 nəfərin isə tibbi müşahidə altında saxlanıldığı qeyd olunub.

Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılması səbəbi ilə aprelin 21-nə qədər fövqəladə vəziyyət elan olunub.