Gürcüstanın qərbində yaşayan müsəlmanlar mitinq keçiriblər.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Batumidə təxminən 300 müsəlman yerli hökumət binasının qarşısında toplaşıb.
Mitinq iştrakçılarının sözlərinə görə, onlar məscid tikilməsi və bunun üçün ərazi təyin edilməsi üçün bütün dövlət müəssisələrinə müraciət ediblər, lakin cavab ala bilməyiblər.
Onlar həmçinin hakimiyyət orqanlarından Kabuletidə müsəlmanlar üçün ev tikilməsini də tələb ediblər.
Son xəbərlər
Son Xəbərlər