Gürcüstanda koronavirusa yoluxanların sayı 399-a çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.
Ölkə üzrə ümumilikdə 4 nəfər xəstəlik səbəbindən həyatını itirib, 93 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 4 782 nəfər karantinə alınıb, 503 nəfər isə tibbi müşahidə altında saxlanılır.
Xəstəlikdən həyatını itirənlərin hamısının yaşının 70-dən yuxarı olduğu qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər