Gürcüstanda 4 nazir koronavirusa yoluxub

gurcustanda-4-nazir-koronavirusa-yoluxub
Oxunma sayı: 930

Gürcüstan hökumətinin 4 üzvü koronavirusa yoluxub.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.

Bildirilir ki, onlar müdafiə naziri Cuanşer Burçuladze, təhsil və elm naziri Mixail Çxenkeli, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və kənd təsərrüfatı və infrastruktur naziri Levan Davitaşvilidir.

Sözügedən nazirlər bununla əlaqədar  olaraq hökumətin bu gün keçirilən iclasında iştirak etməyiblər.

Qeyd edək ki, son sutkada Gürcüstanda 7947 yeni yoluxma halı qeydə alınıb. Bununla da, pandemiya ərzində ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 059 392-ə çatıb. Həmçinin, son 24 saatda ölkədə 31 nəfər koronavirusdan dünyasını dəyişib və COVID-19-dan ümumi dünyasını dəyişənlərin sayı 14732 nəfər təşkil edib.