Gürcüstanda koronavirusa yoluxanların sayı daha 15 nəfər artaraq 511-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.
Ölkə üzrə ümumilikdə 6 nəfər xəstəlik səbəbindən həyatını itirib, 156 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 5 083 nəfər karantinə alınıb, 558 nəfər isə tibbi müşahidə altında saxlanılır.
Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb.
Son xəbərlər
Son Xəbərlər