Gürcüstanda ağır qəza - 18 nəfər yaralandı

gurcustanda-agir-qeza
Oxunma sayı: 2432

Gürcüstanın qərbində, beynəlxalq dərəcəli avtomagistralın Xaşuri-Surami hissəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, qəza nəticəsində 18 nəfər müxtəlif dərəcəli, ağır bədən xəsarətləri alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. 

 Zuqduqidən Tbilisiyə gələn avtobus idarəetməni itirərək yolun kənarındakı çökəkliyə düşüb.
Hadisə ilə bağlı istintaq qrupu yaradılıb, araşdırma aparılır.