Gürcüstanda atışma, ölənlər var

gurcustanda-atisma-olenler-var
Oxunma sayı: 4008

Gürcüstanın Saqareco şəhərində 49 yaşlı kişi yaşayış binasının eyvanından atəş açıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, binanın həyətində olan 5 nəfər isə yaralanıb.

O, hadisə yerinə gələn polis əməkdaşlarına da atəş açdığına görə, ölənlərdən biri polis əməkdaşıdır. Şəxsin sonda intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.