Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə 50 nəfər yoluxub

gurcustanda-azerbaycanlilarin-yasadigi-kendde-50-nefer-yoluxub
Oxunma sayı: 1396

Gürcüstanın Bolnisi rayonunun Muşevani kəndində 50 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Qafqazinfo” “1tv.ge”yə istinadən xəbər verir ki, sutka ərzində daha 5 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə kənd üzrə yoluxanların sayı 50-yə çatıb. Laboratoriya analizləri üçün kənddən ümumilikdə 130 nümunə götürülüb.

Bolnisi rayonu üzrə isə bu günə qədər 156 yoluxma halı təsdiqlənib, 3 nəfər xəstəlik səbəbindən həyatını itirib, 66 pasiyent isə müalicə olunaraq sağalıb.

Aprelin 25-dən etibarən bölgədə ciddi karantin rejimi tətbiq olunur.