Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə silahlı insident

gurcustanda-azerbaycanlilarin-yasadigi-kendde-silahli-insident
Oxunma sayı: 2324

Gürcüstanın Laqodexi bələdiyyəsində mübahisə zəminində gənc oğlan yaralanıb.

“Qafqazinfo”nun gürcü mediasına istinadən xəbərinə görə, hadisə bu gün azərbaycanlıların yaşadığı Qaracalar kəndində baş verib.

Kənd sakini odlu silahdan gəncə bir neçə dəfə atəş açıb. Yaralı Laqodexidəki “Arximed” klinikasına yerləşdirilib.

Mübahisəyə nəyin səbəb olduğu məlum deyil.

Hadisə ilə bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktı ilə araşdırmalara başlanılıb.