Gürcüstanda bəzi məhdudiyyətlər ləğv edildi

Gürcüstanda bəzi məhdudiyyətlər ləğv edildi
Oxunma sayı: 4791

Gürcüstanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər bu gündən ləğv olunub.

"Qafqazinfo" xəbər verir ki, bu gündən ölkədə məktəblər və uşaq bağçaları öz fəaliyyətlərini bərpa ediblər.

Bundan başqa, daxili ictimai nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər də ləğv edilib.

Ölkənin bir sıra dövlət əhəmiyyətli idarələrində elan edilən tətil də bu gün bitib və fəaliyyətlər bərpa olunub. Lakin keçən il noyabrın 28-dən tətbiq olunan “komendant saatı” qüvvədə qalır.

Hökumət rəsmiləri “komendant saatı”nın mayın sonunda yüngülləşdirilə biləcəyini istisna etmirlər.