Gürcüstanda bir gündə 4500-dən çox yoluxma

gurcustanda-bir-gunde-4500-den-cox-yoluxma
Oxunma sayı: 1269

Gürcüstanda son sutkada 4581 nəfər koronavirusa yoluxub, 28 nəfər pandemiyanın qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilib ki, son sutkada 2494 nəfər müalicə olunaraq evə buraxılıb.

Gürcüstanda indiyədək COVID-19-a yoluxanların ümumi sayı 662 334-ə, sağalanların sayı 612481-ə, pandemiyadan ölənlərin sayı isə 9468-ə çatıb.