Gürcüstanda bir gündə iki zəlzələ oldu

gurcustanda-bir-gunde-iki-zelzele-oldu
Oxunma sayı: 1336

Dünən Gürcüstanda iki dəfə zəlzələ qeydə alınıb.

"Qafqazinfo" xəbər verir ki, birinci yeraltı təkanlar Gürcüstanın qərbində, Van rayonunun Sulori kəndi yaxınlığında yerli vaxtla saat 16:25-də 4,7 bal gücündə olub.

Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib ki, axşam saatlarında 3,3 bal gücündə ikinci zəlzələ də baş verib. Bundan sonra bir neçə zəif təkanlar da qeydə alınıb.