Gürcüstanda bir günə 1162 yoluxma

Gürcüstanda bir günə 1162 yoluxma
Oxunma sayı: 1015

Gürcüstanda son sutka ərzində daha 1162 nəfərdə koronavirus aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 17 min 477-yə çatıb.

Son sutkada 8 nəfərin vəfatı ilə bu virusdan ölənlərin sayı 136 nəfərə yüksəlib.

6 min 300 nəfər karantin rejimindədir. 8 min 60 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi