Gürcüstanda etirazçıların avtomobil yürüşü keçirilib.
“Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, təxminən 40 avtomobilin iştirak etdiyi mitinqdə etirazçılar Tbilisinin mərkəzində yerləşən Respublika Meydanından hökumətin binası önünə doğru hərəkət edərək Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını tələb ediblər.
Onlar əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutaraq “Qaxariya, get!” şüarını səsləndiriblər.
Qeyd edək ki, etirazçılar artıq 1 həftədir ki, 20 iyun mitinqini zorla dağıtmağı əmr verməkdə təqsirləndirilən nazirin istefasını tələb edirlər.
Belə ki, 240 nəfərin xəsarət aldığı aksiyada gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunub.
Son xəbərlər
Son Xəbərlər