Son 24 saat ərzində Gürcüstanda koronavirusa yoluxma faktı qeydə alınmayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, ötən gün ərzində 20 nəfər xəstəlikdən sağalıb, 141 nəfər aktiv koronavirus xəstəsinin isə müalicəsi davam etdirilir. Bu günə qədər ölkədə 879 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 14-ü xəstəlik səbəbindən həyatını itirib.
Eyni zamanda 2 710 nəfər karantinə alınıb, 267 nəfər isə tibbi müşahidə altında saxlanılır.
Son xəbərlər
Son Xəbərlər