Gürcüstanda son sutka ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 385-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.
Bundan əlavə, indiyədək 1 128 nəfər sağalıb. Ölkədə 240 aktiv koronavirus xəstəsi var.