Gürcüstanda COVID-19-la bağlı son statistika

gurcustanda-covid-19-la-bagli-son-statistika
Oxunma sayı: 2367

Gürcüstanda son sutka ərzində daha 44 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 773-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.

Bundan əlavə, indiyədək 1 325 nəfər sağalıb. Ölkədə 429 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan hökuməti bir sıra məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.