Gürcüstanda COVID-19-la bağlı vəziyyətdə rekord

gurcustanda-covid-19-la-bagli-veziyyetde-rekord
Oxunma sayı: 2372

Gürcüstanda son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda - 57 nəfər artıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Gürcüstanxəbər verib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 830-a yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.

Bundan əlavə, indiyədək 1 334 nəfər sağalıb. Hazırda 5 882 nəfər karantində, 390 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır.

Qeyd edək ki, ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan hökuməti bir sıra məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.