Gürcüstanda dağda 3 qadın turist itdi

Gürcüstanda dağda 3 qadın turist itdi
Oxunma sayı: 1130

Gürcüstan dağlarında 3 qadın turist itib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb. İtənlər Belarus vətəndaşlarıdır. Qadınlar Tetnuldi dağına alpinislər qrupu ilə birgə çıxıblar. Ancaq yolu itirərək bazaya qayıda bilməyiblər. İtkin düşən qadınlardan birinin 36, digərlərinin 60 yaşı var.

Onların axtarışları davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi