Gürcüstanda daha 1 nəfər “donuz qripi”ndən öldü

gurcustanda-daha-1-nefer-donuz-qripinden-oldu
Oxunma sayı: 1629

Gürcüstanda H1N1 (“donuz qripi”) virusundan ölənlərin sayı artmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, xəstəlikdən dünyasını dəyişənlərin sayı artıq 10 nəfərə çatıb. Virusun növbəti qurbanı 41 yaşlı qadındır. O, iki həftə əvvəl paytaxtdakı klinikalardan birinə yerləşdirilsə də xroniki xəstəliklərdən əziyyət çəkdiyi üçün müalicələrə müsbət cavab verməyib.

Mütəxəssislərin fikrincə, H1N1 virusunun ikinci dalğası fevralda gözlənilir.

Aysel Kərimova