Gürcüstanda daha 1 nəfər koronavirusdan öldü

gurcustanda-daha-1-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1158

Gürcüstanda daha bir nəfər koronavirusun qurbanı olub. Bununla da, koronavirusdan ölənlərin sayı 4-ə yüksəlib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə xəstəliyinin monitorinqi üzrə xüsusi saytda məlumat verilib.

Vəfat edən şəxs Batumidə klinikada müalicə olunan 70 yaşlı kişidir.

Gürcüstanda virusa yoluxanların sayı 388 nəfər təşkil edir.