Gürcüstanda daha 14 nəfərdə koronavirus aşkarlandı

gurcustanda-daha-14-neferde-koronavirus-askarlandi
Oxunma sayı: 1871

Gürcüstanda son sutka ərzində daha 14 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 131-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 16-dır.

Bundan əlavə, indiyədək 920 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Ölkədə 195 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.