Gürcüstanda daha 15 nəfərdə koronavirus aşkarlandı

gurcustanda-daha-15-neferde-koronavirus-askarlandi
Oxunma sayı: 1017

Gürcüstanda son sutka ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 197-yə yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.

Bundan əlavə, indiyədək 974 nəfər sağalıb. Ölkədə 206 aktiv koronavirus xəstəsi var.