Gürcüstanda daha bir nəfər “donuz qripi”ndən öldü

gurcustanda-daha-bir-nefer-donuz-qripinden-oldu
Oxunma sayı: 716

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb.

"Qafqazinfo" gürcü KİV-nə istinadən xəbər verir ki, yüksək risk qrupuna daxil olan şəxs xəstəxanada müalicə alıb. 

Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb. Onun “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.

Qeyd edək ki, ölkədə A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub.