Gürcüstanda daha bir nəfər koronavirusdan öldü

gurcustanda-daha-bir-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 923

Gürcüstanda daha bir nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 7 nəfərə yüksəlib. Ölən şəxsin 83 yaşı olub. O həm də şəkərli diabetdən əziyyət çəkib. Ölənlərin hamısının 70 yaşdan yuxarı şəxslər olduğu bildirilib.

Qeyd edək ki, Gürcüstanda 566 nəfər koronavirus xəstəsidir. Ölkədə mayın 22-dək fövqəladə vəziyyət elan edilib.