Gürcüstanda Zuqdidi hospitalında 24 yaşlı gənc qripdən dünyasını dəyişib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yüksək hərarət və kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən gənc süni nəfəs aparatına qoşulsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun “donuz qripi” (H1N1) virusunun daşıyıcısı olub-olmaması laborator analizlərdən sonra dəqiqləşəcək.
Qeyd edək ki, Gürcüstanda 140 nəfərdə H1N1 virusu aşkarlanıb. Ötən ay 6 nəfər bu virusdan dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər