Gürcüstanda daha bir rekord - Qonşu ölkələrdə son vəziyyət

gurcustanda-daha-bir-rekord
Oxunma sayı: 2540

Gürcüstanda son 24 saat ərzində daha 5063 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə günlük yoluxma sayında rekord göstərici qeydə alınıb

"Qafqazinfo" "stopcov.ge" portalına istinadən xəbər verir ki, bununla ölkədə ümumi yoluxma hallarının sayı 152 min 704-ə çatıb.

Sutka ərzində daha 38 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1425-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 126 min 904 nəfərdir.

Rusiyada  isə son bir gündə 27 min 403 yeni yoluxma faktının qeydə alınması ilə günlük yoluxma hallarında rekord göstərici qeydə alınıb.

Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 569 pasiyent ölüb. Ölkə üzrə ümumilikdə 2 milyon 402 min 949 nəfər insan koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində daha 1184 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 139 min 692 nəfərə çatıb. Daha 23 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2277-yə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.