Gürcüstanda ötən sutka ərzində koronavirusa yeni 25 161 yoluxma halı qeydə alınıb. Bununla da ölkədə yoluxanların sayı 1 375 615 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “stopCov.ge” saytı yayıb.
Son 24 saatda 51 nəfər dünyasını dəyişib və pandemiya ərzində ölənlərin ümumi sayı 15 351 nəfər təşkil edib.
Bununla yanaşı, daha 16 789 nəfər sağalıb. Beləliklə, ümumi sağalanların sayı 1 141 231 nəfər olub.
Son xəbərlər
Son Xəbərlər