Gürcüstanda son bir ayda “donuz qripi”ndən 6 nəfər dünyasını dəyişib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda ölkədə 144 nəfər bu virusun daşıyıcısıdır. Xəstəliyə nəzarət mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, ölkədə “donuz qripi”nin epidemiya halı almasından söhbət gedə bilməz:
“Hər 100 min nəfərə 227 yoluxma halı normal sayılır. Biz epidemiyanın pik həddindən uzağıq. Epidemioloji sərhəd – 500 insandır”.
Son xəbərlər
Son Xəbərlər