“Qafqazinfo” AzadlıqRadiosuna istinadən xəbər verir ki, Tblisini elektrik enerjisi ilə “Telasi” şirkəti təmin edir.
Şirkət komissiyadan tarifin qaldırılmasını istəyib və səbəb kimi milli valyutanın düşməsini göstərib.
Avqustun 1-dən Gürcüstanın əksər regionunda elektrik 22 faizdən də çox bahalaşıb. Tariflərin bahalaşmasının mümkünlüyü müxalifət partiyalarının etirazına səbəb olub.
Bundan başqa şəhər sakinləri bundan sonra kommunal xidmətlərə görə meriyadan maliyyə yarımı ala bilməyəcəklər.
Paytaxt hökuməti yalnız ehtiyacı olanlara yardım ediləcəyini deyir.
Son xəbərlər
Son Xəbərlər