Gürcüstan Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların ilk onluğunu yeniləyib.
“Qafqazinfo” 24News.ge-yə istinadən xəbər verir ki, siyahıda beşinci yeri Məmmədov, səkkizinci yeri isə Məmmədova soyadı tutub.
İlk onluğa əsasən, ölkədə Məmmədov soyadlı 14 945, Məmmədova soyadlı isə 13 071 nəfər var.
Azərbaycanlılara məxsus digər – Əliyev soyadı kişi soyadları arasında populyarlığına görə dörd, Əliyeva isə qadın soyadları sırasında beşinci yerdədir. Gürcüstanda Əliyev soyadını 9 084, Əliyeva soyadını isə 9 079 nəfər daşıyır.
Ölkə üzrə Beridze soyadı ən çox rast gəlinən soyad olaraq qalır. Ən populyar familiyanı daşıyanların sayı 29 684 nəfər təşkil edir.
Qeyd edək ki, Məmmədov və Məməmmədova soyadları eyni hesablandığı halda ölkə üzrə ikinci yeri bölüşür.
Gürcüstanda nadir rast gəlinən adların siyahısına isə azərbaycanlı qadın adı da daxil edilib.
Belə ki, 18 qeyri-adi adlar arasında Milyard, Kukuşa, Fizika, Pele, Nyuton, Nektar və Sevdagül kimi adlara da rast gəlinir.