Gürcüstanda fövqəladə vəziyyət rejimi uzadıldı

gurcustanda-fovqelade-veziyyet-rejimi-uzadildi
Oxunma sayı: 2929

Gürcüstanda fövqəladə vəziyyət rejimi yenidən uzadılıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili sərəncam imzalayıb. Sərəncama əsasən, fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb.

Xatırladaq ki, Gürcüstanda martın 21-də fövqəladə vəziyyət elan edilib. 10 gün sonra isə ölkədə komendant saatı tətbiq olunub.