Gürcüstanda fövqəladə vəziyyət uzadıldı

gurcustanda-fovqelade-veziyyet-uzadildi
Oxunma sayı: 3753

Gürcüstan hökuməti ölkədə fövqəladə vəziyyət rejimini uzatmaq qərarına gəlib.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Nazir Georgi Qaxariya bildirib. Onun sözlərinə görə, fövqəladə vəziyyət mayın 10-dək davam edəcək. Bundan başqa, Tbilisi, Rustavi, Batumi və Kutaisi kimi iri şəhərlərə giriş-çıxış dayandırılır.

Görülən tədbirlərin koronavirus infeksiyasının yayılmasının qarşısını təcili surətdə almaq məqsədi daşıdığı bildirilib.

Qeyd edək ki, Gürcüstanda 296 nəfər koronavirusa yoluxub, 3 nəfər isə dünyasını dəyişib.