Gürcüstanda günlük ölüm 80-ə çatır

gurcustanda-gunluk-olum-80-e-catir
Oxunma sayı: 1839

Gürcüstanda ötən sutka ərzində koronavirusa 4128 yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. Məlumata əsasən, son 24 saat ərzində 79 nəfər koronavirusdan dünyasını dəyişib. 

Bildirilir ki, bir sutka ərzində 5611 nəfər koronavirusdan sağalıb. 

Ümumilikdə pandemiya dövründə Gürcüstanda 532 171 yoluxma halı aşkar olunub. Bununla yanaşı, pandemiya ərzində 7028 nəfər virusdan dünyasını dəyişib, 468 917 nəfər isə sağalıb.