Gürcüstanda həbsxanadakı yanğın söndürülüb - Video + Yenilənib

gurcustanda-hebsxanadaki-yangin-sondurulub
Oxunma sayı: 2836

Gürcüstanın Rustavi şəhərində 17 saylı həbsxananın ərazisində yanğın baş verib.

“Qafqazinfo” “TV Pirveli” telekanalına istinadən xəbər verir ki, yanğın həbsxananın yeməkxanasında baş verib. 

Bildirilir ki, hazırda yanğınla mübarizə davam edir. Bununla yanaşı, küləkli hava bu prosesi çətinləşdirir. 

Qeyd olunur ki, sözügedən həbsxana Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin saxlanıldığı 12 saylı Rustavi həbsxanasının yaxınlığında yerləşir. Hələ ki, yanğının səbəbi bəlli deyil. 

Qeyd edək ki, 17 saylı həbsxana Gürcüstanın ən nöyük cəzaçəkmə müəssisələrindən biridir. Burada hazırda 1,5 mindən çox məhbus yerləşdirilib. Onlardan 756-sı ən ağır cinayətlərə görə məhbusluq həyatı yaşayır.

***

Həbsxanada baş vermiş yanğın lokallaşdırılıb. Məlumata görə, yanğınla əlaqədar elektrik enerjisinin verilişi dayandırılıb və təchizat bərpa olunduqdan sonra məhkumlar ailələri ilə əlaqə saxlaya biləcəklər. Yanğının digər obyektlərə keçmə təhlükəsi yaranmayıb.